22 C
Baku
10 Sentyabr 2026, 11:22
yaşıl çay və qaraciyər, yaşıl çay ekstraktı, qaraciyər sağlamlığı, bitki əlavələri, dərman qarşılıqlı təsiri, qaraciyər zədələnməsi, spirt və qaraciyər, sirroz
Səhiyyə

Həkim xəbərdarlıq etdi: yaşıl çayın bəzi formaları qaraciyərə zərər verə bilər

Bugun.tv xəbər verir ki, bəzi bitki ekstraktları, qida əlavələri və spirt qaraciyərin fəaliyyətinə ciddi zərər vura bilər. Mütəxəssislər xüsusilə yüksək konsentrasiyalı bitki tərkibli məhsulların dərmanlarla birlikdə qəbuluna diqqət edilməsini tövsiyə edirlər.

Pravda.Ru-ya danışan ali kateqoriyalı terapevt, toksikoloq və elmi jurnalist Aleksey Vodovozov bildirib ki, qaraciyər ona zərər verə bilən maddələrə qarşı həssasdır. Onun sözlərinə görə, bəzi hallarda konsentratlaşdırılmış yaşıl çay ekstraktı və ya zveroboy kimi bitkilərin tərkibindəki maddələr dərmanlarla uyğun gəlmədikdə qaraciyərin fəaliyyətini poza bilər.

Mütəxəssis qeyd edib ki, bitki mənşəli məhsulların faydalı hesab olunması onların hər şəraitdə tam təhlükəsiz olduğu anlamına gəlmir. Burada əsas amillərdən biri qəbul edilən maddənin dozası və nə qədər tez-tez istifadə olunmasıdır.

Həkimin sözlərinə görə, bəzi bitkilərin tərkibində olan maddələr müəyyən dərmanlarla qarşılıqlı təsirə girərək qaraciyər üçün zərərli təsir göstərə bilər. Buna görə də xüsusilə bitki ekstraktları və qida əlavələri qəbul edən şəxslərin onların dərmanlarla uyğunluğuna diqqət yetirməsi vacibdir.

Aleksey Vodovozov spirtin qaraciyərə təsirinə də diqqət çəkib. Onun sözlərinə görə, etanol qaraciyər hüceyrələrində yağ damcılarının toplanmasına səbəb ola bilər. Bu isə zaman keçdikcə qaraciyərin piylənməsinə, fibroz və sirroz kimi daha ciddi problemlərə gətirib çıxara bilər.

Mütəxəssislər bildirirlər ki, qaraciyərə zərər verə biləcək məhsulların təhlükəsi onların tərkibindən əlavə, istifadə olunan miqdardan və digər dərmanlarla birlikdə qəbul edilməsindən də asılıdır.

Mənbə:  mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Alimlərdən maraqlı nəticə: Qarın piyləri testosterona yaşdan daha çox təsir edə bilər

Aynur Camal

Dərin yuxu beynin stresə qarşı davamlılığını gücləndirir

Aynur Camal

Gözün seyirməsi nə vaxt narahatlıq yaratmalıdır? – Həkim açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu