Səudiyyənin rəhbərlik etdiyi koalisiyanın sözçüsü Türki əl-Malki bildirib ki, İslamın iki müqəddəs məkanının və zəvvarların təhlükəsizliyi ölkə üçün “qırmızı xətt”dir. O, husilərə qarşı zəruri çəkindirmə tədbirlərinin görüləcəyini açıqlayıb.
Hadisə ilə bağlı husilər isə Məkkəni hədəfə aldıqları barədə Səudiyyə Ərəbistanının iddiasını rədd ediblər. Husi sözçüsü Hazem əl-Əsəd bu iddianı əvvəllər də istifadə olunan ittiham kimi qiymətləndirib.
The Guardian yazır ki, hadisə İslam dünyasının ən müqəddəs şəhərinin təhlükəsizliyi ilə bağlı geniş reaksiyalara səbəb olub. İslam Əməkdaşlıq Təşkilatı da insidentə münasibət bildirərək Səudiyyə Ərəbistanına qarşı hücumları pisləyib.
Mənbə: The Guardian
