Dünya

Butanda bir gündə 108 buddist abidəsi ucaldıldı

Bugun.Tv xəbər verir ki, Butanda on minlərlə könüllü bir gün ərzində 108 buddist stupasının inşasında iştirak edib. Bu qeyri-adi təşəbbüs ölkənin cənubundakı Gelephu şəhərində həyata keçirilib.

“Al Jazeera”nın məlumatına görə, layihə çərçivəsində 40 mindən çox könüllü işə cəlb olunub. Təxminən 12 saat ərzində Hindistanla sərhədə yaxın ərazidə, çay sahili boyunca 108 dini abidənin əsas tikinti işləri tamamlanıb.

Hər bir stupanın hündürlüyü təxminən 15 metrdir. Abidələr gələcəkdə Gelephu Mindfulness City adlandırılan yeni şəhərin ərazisində yerləşəcək.

Təşkilatçıların bildirdiyinə görə, mərasimdə təxminən 200 min nəfər iştirak edib. Buddizmdə 108 rəqəmi xüsusi mənəvi məna daşıdığı üçün layihə dini və simvolik əhəmiyyət kəsb edir.

Butan kralı Ciqme Kesar Namgyel Vanqçuk mərasimdə çıxış edərək təşəbbüsün uğurla başa çatmasından məmnunluğunu ifadə edib.

Ölkə rəhbərliyi yeni şəhərin iqtisadi inkişafı sürətləndirəcəyinə, turizmi və yaşıl texnologiyaları inkişaf etdirəcəyinə, həmçinin gənclərin ölkədən köçünün azalmasına kömək edəcəyinə ümid edir.

Mənbə: Al Jazeera

Aynur Camal

Oxşar xəbərlər

Hansı rəngdə olan almalar daha faydalıdır?

Aynur Camal

Kərgədan balalarının birinci doğum günü tortla qeyd olunub

Aynur Camal

Kiçik ilanlar təhlükədən qaçmaq üçün təkər kimi yuvarlanır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu