Snapchat, yeniyetmələr, gündəlik istifadə limiti, Evan Spiegel, sosial media, Meta, TikTok, rəqəmsal asılılıq
DünyaTexnologiya

Snapchat yeniyetmələr üçün gündəlik istifadə limitləri tətbiq etməyə hazırlaşır

Bugun.tv xəbər verir ki, Snapchat-in ana şirkəti Snap yeniyetmə istifadəçilərin tətbiqdə keçirdiyi vaxta gündəlik məhdudiyyət qoyulması imkanını nəzərdən keçirir. Şirkətin baş icraçı direktoru Evan Spiegel belə bir limitin tətbiqinin sosial media sektoru üçün mühüm addım ola biləcəyini bildirib.

Spiegel qeyd edib ki, yeniyetmələrin Snapchat-dən istifadə müddətinə maksimum hədd qoyulması ideyası üzərində şirkət daxilində müzakirələr aparılır. Bununla belə, o, yeni qaydaların nə vaxt tətbiq edilə biləcəyinə dair konkret tarix açıqlamayıb.

Bu müzakirələr Meta şirkətinin ABŞ-da əldə etdiyi hüquqi razılaşmadan sonra gündəmə gəlib. Meta yeniyetmələr üçün platformalarında standart olaraq gündə iki saatlıq istifadə limiti, gecə saatlarında məhdudiyyətlər və məktəb vaxtı bildirişlərin səssizə alınması kimi tədbirləri tətbiq etməyə razılaşıb.

Meta daha əvvəl YouTube və TikTok-un da oxşar addımlar atmasını istəyib. Şirkət bu platformaların da eyni istiqamətdə hərəkət etməsi halında əlavə maliyyə öhdəlikləri götürəcəyini bildirib.

Snapchat, Meta, YouTube və TikTok yeniyetmələrin psixi sağlamlığına təsirlə bağlı müxtəlif məhkəmə iddiaları ilə üzləşirlər. Snap-da valideynlər üçün yeniyetmələrin tətbiqdən istifadəsinə nəzarəti gücləndirən “Ailə Mərkəzi” funksiyası da mövcuddur.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Alman startapı Rusiyanın “kölgə donanmasını” izləmək üçün pilotsuz döyüş gəmisi hazırlayır

Aynur Camal

Çadırlara dron zərbəsi endirildi: Ölən və yaralanan var

Aynur Camal

Səudiyyə Ərəbistanı və Suriya müdafiə sahəsində əməkdaşlıq sazişi imzaladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu