27 C
Baku
21 Sentyabr 2026, 19:24
Suriya, Hələb, partlayış, silah anbarı, Əl-İs, Suriya ordusu, hərbi obyekt, Al Jazeera
Dünya

Suriyada hərbi obyektin yaxınlığında güclü partlayışlar baş verdi

Bugun.tv xəbər verir ki, Suriyanın şimalında, Hələb şəhərinin cənubundakı Əl-İs qəsəbəsi yaxınlığında yerləşən Suriya ordusuna məxsus silah anbarında güclü partlayışlar baş verib.

Al Jazeera-nın məlumatına görə, hadisə sentyabrın 21-də səhər saatlarında baş verib. SANA dövlət xəbər agentliyinin yaydığı məlumata əsasən, partlayışlar nəticəsində azı 4 nəfər yaralanıb. Zərərçəkənlər hadisə yerindən təxliyə edilərək xəstəxanaya çatdırılıb.

Partlayışın səbəbi hələlik müəyyən edilməyib. İlkin partlayışdan sonra ərazidə bir neçə ardıcıl partlayışın baş verdiyi bildirilib. Hadisə yerinə təcili tibbi yardım maşınları və yanğınsöndürənlər göndərilib.

Hələb qubernatoru Azzam əl-Qərib sakinlərə müvəqqəti olaraq evlərini tərk etməmələri barədə xəbərdarlıq edib. O bildirib ki, xəstəxanalar, təcili yardım və xilasetmə qrupları tam hazırlıq vəziyyətinə gətirilib. Partlayışın baş verdiyi əraziyə aparan yollar da mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bağlanıb.

Al Jazeera qeyd edir ki, Suriyada son günlər hərbi obyektlərdə bir neçə oxşar partlayış baş verib. Sentyabrın əvvəlində İdlib əyalətində müdafiə nazirliyinə məxsus silah anbarında baş verən partlayış nəticəsində 14 nəfər ölmüş, 11 nəfər yaralanmışdı.

Mənbə: Aljazeera

Aynur Camal

Oxşar xəbərlər

Marsda yaranan 5 süni krater alimlərə yeni məlumat verdi

Aynur Camal

Sarıkökdə beynin bioloji yaşını azaltmağa kömək edə biləcək maddələr aşkarlanıb

Aynur Camal

Rusiyada parlament seçkilərinin ilkin nəticələri: Putinin partiyası öndə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu