25 C
Baku
23 Sentyabr 2026, 23:38
Dünya

Britaniya Rusiyanın NATO-ya hücum planı barədə məlumatı olmadığını açıqladı

Bugun.tv xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyinin Rusiyanın NATO ölkələrinə hücum etməyə hazırlaşdığına dair məlumatı yoxdur.

Associated Press-in (AP) Britaniya hərbi qurumundakı mənbəyə istinadən yaydığı məlumata görə, London Rusiya Prezidenti Vladimir Putinin NATO ilə birbaşa qarşıdurmaya can atmadığı qənaətindədir. Mənbə adının açıqlanmasını istəməyib.

Məlumata əsasən, Britaniya tərəfi Rusiyanın NATO ölkələrinə hücum planının olduğuna dair konkret göstəricilərə malik deyil.

Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl dəfələrlə Moskvanın NATO dövlətlərinə hücum etmək niyyətində olmadığını bildirib. Rusiya tərəfi eyni zamanda NATO-nun Avropadakı hərbi fəaliyyətinin genişlənməsindən narahatlığını ifadə edib.

Moskvanın açıqlamalarına görə, Rusiya NATO ilə dialoqa hazırdır, lakin bunun bərabərhüquqlu əsasda aparılmasını və Avropada hərbiləşmənin dayandırılmasını istəyir.

Qeyd edək ki, bu açıqlamalar Avropada Rusiya ilə NATO arasında mümkün hərbi qarşıdurma ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda səslənib. Eyni zamanda NATO-nun yüksək rütbəli komandirlərindən biri Rusiyanın Ukrayna müharibəsi fonunda daha çox riskə getdiyini bildirib.

Mənbə: Associated Press

Aynur Camal

Oxşar xəbərlər

Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul etdi

Aynur Camal

AB qarşıdakı 10 ildə 50 min peykin buraxılacağını gözləyir

Aynur Camal

Paris altında aşkar edilən qədim divar şəhərin ilk yaşayış məskəninin yerini göstərə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu