31 C
Baku
24 Sentyabr 2026, 14:40
Dünya

Şimali Kore nüvə silahlarından imtina etməyəcəyini açıqladı

Bugun.tv xəbər verir ki, Şimali Koreya nüvə silahlarından imtina etməyəcəyini və onları uzun müddət qoruyacağını açıqlayıb.

Şimali Koreyanın xarici işlər naziri Çxoe Son Hui Koreya yarımadasının nüvə silahlarından azad edilməsi ilə bağlı çağırışları rədd edib. O bildirib ki, ölkəsinin nüvə silahlarını qorumaq iradəsi dəyişməz olaraq qalacaq.

Nazir bu açıqlamanı ABŞ, Yaponiya və Cənubi Koreyanın Nyu-Yorkda keçirilən üçtərəfli görüşündən sonra verib. Həmin görüşdə üç ölkənin xarici işlər nazirləri Şimali Koreyanın tam nüvəsizləşdirilməsi ilə bağlı mövqelərini yenidən təsdiqləyiblər.

Çxoe Son Hui həmçinin bildirib ki, bəzi ölkələr üçün qarşıdurma ilə dialoqun eyni vaxtda davam etdirilməsi mümkün olsa da, Şimali Koreya bunu qəbul etmir.

Bundan əlavə, Şimali Koreya sentyabrın 22-də təkmilləşdirilmiş 240 millimetrlik çoxlüləli raket sisteminin sınağını keçirdiyini açıqlayıb. Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, yeni raketlər avtomatik dəqiq tuşlama sistemi ilə təchiz edilib və müxtəlif uçuş rejimlərində 100–115 kilometr məsafədəki hədəfləri vurmaq imkanına malikdir.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Türkiyə Bəşiqə hərbi bazasını mərhələli şəkildə İraqa təhvil verəcək

Aynur Camal

İsraildə su təchizatına təhlükə: beş duzsuzlaşdırma qurğusu dayandırıldı

Aynur Camal

Gizli iltihab ürək tutması və insult riskini 43 faiz artıra bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu