Dünya

Gizli iltihab ürək tutması və insult riskini 43 faiz artıra bilər

Bugun.tv xəbər verir ki, yeni araşdırmaya əsasən, orqanizmdə uzun müddət davam edən gizli iltihab ürəkdə struktur dəyişikliklərinə səbəb ola və ürək-damar xəstəlikləri riskini artıra bilər.

ScienceAlert-ın araşdırmaya istinadən yaydığı məlumata görə, Imperial College London alimləri Böyük Britaniyanın məlumat bazasında yer alan 488 079 nəfərin tibbi göstəricilərini təhlil ediblər. Araşdırmada qanındakı iltihab göstəriciləri, ürək müayinələri, genetik məlumatlar, bədəndəki yağ miqdarı və müxtəlif həyat şəraiti nəzərə alınıb.

Nəticələr yüksək səviyyədə xroniki iltihabın ürəyin bəzi boşluqlarının kiçilməsi, ürək divarlarının qalınlaşması və ürəyin hər yığılmada daha az qan pompalaması ilə əlaqəli olduğunu göstərib. Bu dəyişikliklərin gələcəkdə ürək çatışmazlığından əvvəl meydana çıxa biləcəyi bildirilib.

Araşdırmada iltihab göstəriciləri ən yüksək olan iştirakçıların ürək-damar xəstəliyi baxımından ən aşağı göstəricilərə malik qrupla müqayisədə ürək tutması və ya insult kimi ciddi hadisə keçirmə ehtimalının 43 faiz daha yüksək olduğu müəyyən edilib.

Alimlər xroniki stress, psixoloji gərginlik, siqaret, hərəkətsizlik, qeyri-sağlam qidalanma, sosial-iqtisadi çətinliklər və hava çirkliliyinin iltihab prosesləri ilə əlaqəli ola biləcəyini qeyd ediblər. Bununla belə, tədqiqat bu amillərin birbaşa səbəb olduğunu sübut etmir.

Tədqiqatçılar gələcəkdə qan analizləri və genetik məlumatlardan istifadə etməklə ürək-damar xəstəlikləri riski yüksək olan şəxslərin daha erkən müəyyənləşdirilməsinin mümkün ola biləcəyini bildiriblər.

Mənbə: ScienceAlert

Aynur Camal

Oxşar xəbərlər

Ayılar evlərə girməyi öyrənir: mütəxəssis gələn il vəziyyətin çətinləşə biləcəyini deyir

Aynur Camal

Ukrayna Rusiyaya 1200-ə yaxın pilotsuz uçuş aparatı ilə hücum etdi

Aynur Camal

Payız yarpaqlarının rəngini nə müəyyən edir? Alimlər yeni amili üzə çıxarıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu