Bugun.tv xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada ən azı 9 ali təhsil müəssisəsində bomba hədəsi ilə əlaqədar tələbə və əməkdaşların təxliyəsi həyata keçirilib.
Məlumata görə, təxliyə edilən ali məktəblər arasında Rusiya Teatr Sənəti İnstitutu (GİTİS), Mendeleyev adına Rusiya Kimya Texnologiyası Universiteti, Dövlət Təhsil Universiteti, Moskva Dövlət İdman və Turizm Universiteti, Kosıgin adına Rusiya Dövlət Universiteti, Moskva Beynəlxalq Universiteti, Ümumrusiya Xarici Ticarət Akademiyası, Kino və Televiziya İnstitutu və Moskva Texniki Rabitə və İnformatika Universiteti yer alır.
Universitetlərə bomba yerləşdirilməsi barədə anonim məlumatların daxil olduğu bildirilir. Moskva Dövlət Psixologiya və Təhsil Universitetində isə anonim bildirişdən sonra dərslərin distant formata keçirilməsi barədə qərar qəbul edilib.
Hazırda polis və fövqəladə hallar xidmətlərinin əməkdaşları ali məktəblərin binalarında yoxlamalar aparırlar. İlkin məlumata görə, bomba ilə bağlı daxil olan bildirişlərin saxta olduğu ehtimal edilir.
Mənbə: Gazeta.Ru
