23 C
Baku
25 Sentyabr 2026, 22:03
Nikol Paşinyan, Azərbaycan-Ermənistan sülhü, Cənubi Qafqaz, TRIPP, Naxçıvan, dəmir yolu əlaqəsi, regional əməkdaşlıq, Ermənistan-Rusiya münasibətləri
Dünya

Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqaz üçün yeni imkanlar açıb

Bugun.tv xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla əldə olunan sülhün Cənubi Qafqaz üçün yeni imkanlar yaratdığını bildirib.

Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın dəstəyi və şəxsi iştirakı ilə 8 avqust 2025-ci ildə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanın region üçün yeni perspektivlər açdığını deyib.

Ermənistanın Baş naziri bildirib ki, bu imkanlar regional əlaqələrin və iqtisadi əməkdaşlığın inkişafını əhatə edir. O, həmçinin uzun müddətdir davam edən Azərbaycan-Ermənistan qarşıdurması ilə bağlı son dövrdə itki və yaralanmaların olmadığını qeyd edib.

Paşinyan Ermənistan ərazisindən keçməklə Azərbaycanın Naxçıvanla əlaqəsini təmin edəcək Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsinə də toxunub. Onun sözlərinə görə, layihə yeni nəqliyyat əlaqələrinin yaranmasına, regional iqtisadi inkişaf və sabitliyə töhfə verə bilər.

Ermənistanın Baş naziri Azərbaycanla Ermənistan arasında dəmir yolu əlaqəsinin Sovet dövründən sonra ilk dəfə bərpa olunduğunu və Naxçıvanla birbaşa dəmir yolu əlaqəsinin yaradılması istiqamətində iş aparıldığını bildirib.

Paşinyan Ermənistan-Rusiya münasibətlərinə də toxunaraq, iki ölkə arasında əlaqələrin “transformasiya” mərhələsindən keçdiyini deyib. O bildirib ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması Yerevanla Moskva arasında münasibətlərin yeni mərhələyə keçməsi üçün şərait yaradıb.

Mənbə: AnadoluAgentliyi

Aynur Camal

Oxşar xəbərlər

Bloomberg: İsti hava Avropanın qaz çatışmazlığını azalda bilər

Aynur Camal

Bayramov və Mirzoyan Nyu-Yorkda görüşdülər

Aynur Camal

Kolumbiya İranla diplomatik əlaqələri kəsdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu