24 C
Baku
25 Sentyabr 2026, 17:57
Dünya

Cüdoçu Mahir Abbasov dünya çempionatında bürünc medal qazandı

Bugun.tv xəbər verir ki, Sumqayıt şəhərində anadan olan Mahir Sərvan oğlu Abbasov 2000-ci ildən etibarən peşəkar səviyyədə cüdo ilə məşğul olur.

İdmançı karyerası ərzində Respublika səviyyəli yarışlarda dəfələrlə yüksək nəticələr əldə edib. O, cüdo və sambo üzrə Respublika birincisi olmaqla yanaşı, müxtəlif yarışlarda mükafatçılar sırasında yer alıb.

Mahir Abbasov beynəlxalq turnirlərdə də uğurlu çıxışları ilə fərqlənib və dəfələrlə yarışların qalibi olub.

İdmançının son uğuru isə Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən Dünya Çempionatında qeydə alınıb. Mahir Abbasov yarışda 3-cü yerə layiq görülərək dünya çempionatının bürünc medalını qazanıb.

Abbasov bildirib ki, əldə etdiyi nəticə uzun illər ərzində apardığı məqsədyönlü məşqlərin, əzmkarlığın və intizamlı hazırlığın nəticəsidir. O, qarşıdakı yarışlarda da Azərbaycanı yüksək səviyyədə təmsil edərək yeni uğurlara imza atmağı qarşısına məqsəd qoyub.

Aynur Camal

Oxşar xəbərlər

Panda diplomatiyası yenidən gündəmdə: İki panda ABŞ-a göndərilir

Aynur Camal

Bioloq uzunömürlülüyün əsas amillərini açıqladı

Aynur Camal

AB Ukraynaya 3 milyard avroya yaxın yeni ödənişi təsdiqlədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu