24 C
Baku
25 Sentyabr 2026, 21:05
panda diplomatiyası, Çin, ABŞ, Si Cinpin, Atlanta zooparkı, panda, Çin ABŞ münasibətləri, beynəlxalq əlaqələr
Dünya

Panda diplomatiyası yenidən gündəmdə: İki panda ABŞ-a göndərilir

Bugun.tv xəbər verir ki, Çindən göndərilən iki pandanın bir neçə gün ərzində ABŞ-ın Atlanta şəhərindəki zooparka çatacağı bildirilib.

Çin Prezidenti Si Cinpin Ağ Evdə verdiyi açıqlamada “Pin Pin” və “Fu Şuanq” adlı pandaların bir neçə gün ərzində yeni məskənləri olan Atlantaya çatacağını və Amerika ictimaiyyəti ilə görüşəcəyini söyləyib. O, pandaların ABŞ-a gətirilməsini Çin və Amerika xalqları arasındakı dostluğun nümunəsi kimi qiymətləndirib.

Pandaların ABŞ-a göndərilməsi zooparkla Çin Vəhşi Təbiətin Mühafizəsi Assosiasiyası arasında əldə olunan mühafizə razılaşması çərçivəsində həyata keçirilir. Pekin 2024-cü ildə Atlantadakı dörd pandanı geri qaytarmışdı. Panda mübadiləsi və borcvermə proqramı isə Çin və ABŞ arasında münasibətlərin gərginləşdiyi dövrdə bir müddət dayandırılmışdı.

Çinin panda diplomatiyası

Çinin panda diplomatiyası 20-ci əsrin ortalarında başlayıb. Pekin 1950-ci illərdə pandaları Sovet İttifaqı və digər müttəfiq ölkələrə dostluq göstəricisi kimi hədiyyə edib.

ABŞ-la münasibətlərdə isə panda diplomatiyasının başlanğıcı 1972-ci ildə ABŞ Prezidenti Riçard Niksonun Çinə səfəri ilə bağlıdır. Bu səfərdən sonra Pekin Vaşinqtondakı Milli Zooparka “Lin-Lin” və “Sin-Sin” adlı iki panda hədiyyə edib.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqaz üçün yeni imkanlar açıb

Aynur Camal

Bayramov və Mirzoyan Nyu-Yorkda görüşdülər

Aynur Camal

Kolumbiya İranla diplomatik əlaqələri kəsdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu