26 C
Baku
28 Sentyabr 2026, 18:40
itlə yatmaq, it sağlamlığı, ev heyvanları, allergiya, parazitlər, yuxu, gigiyena, sağlamlıq
Dünya

İtinizlə eyni yataqda yatmaq sağlamlığa zərər verə bilərmi?

Bugun.tv xəbər verir ki, ev heyvanı ilə eyni yataqda yatmaq bəzi insanlar üçün rahatlıq və sakitlik yaratsa da, bu vərdiş müəyyən sağlamlıq və gigiyena riskləri də daşıya bilər.

Health Mail-in məlumatına görə, itlə yaxın təmas bəzi hallarda stressin azalmasına kömək edə bilər. Kiçik bir araşdırmada it sahiblərinin heyvanlarını sığallamasından sonra orqanizmdə oksitosin səviyyəsinin artdığı, stresslə əlaqəli kortizol səviyyəsinin isə azaldığı müşahidə edilib.

İtin gecə insanın yanında olması sakitləşdirici təsir göstərə və bəzi insanlarda arterial təzyiqin normallaşmasına da kömək edə bilər.

Lakin mütəxəssislər itlə eyni yatağı paylaşmağın mənfi tərəflərinin də olduğunu bildirirlər.

Əsas risklərdən biri allergiyadır. İtin tükü və dərisi allergik reaksiyalara səbəb ola bilər. Bundan əlavə, heyvan küçədən yatağa tozcuq və digər allergenlər gətirə bilər.

Digər mümkün problem isə infeksiyalardır. İtlər bəzi bakterial və parazitar xəstəliklərin törədicilərini daşıya bilərlər. Heyvanla eyni yataqda yatmaq belə mikroorqanizmlərlə təmas ehtimalını artıra bilər.

İtin gecə ərzində tez-tez hərəkət etməsi də yuxunun keyfiyyətinə təsir göstərə bilər. Heyvanın yerini dəyişməsi və ya gecə səslərə reaksiya verməsi sahibinin dəfələrlə oyanmasına səbəb ola bilər. Yuxusu onsuz da pozulan insanlara itlərini ayrıca yataqda və ya yataq otağında özlərinə məxsus yerdə yatızdırmaq tövsiyə olunur.

Mütəxəssislər dişləmə riskinə də diqqət çəkirlər. Bəzi itlər qəfil oyadıldıqda müdafiə xarakterli reaksiya göstərə bilər. Bu risk xüsusilə uşaqlar üçün daha əhəmiyyətlidir.

Digər məsələ isə parazitlərdir. Evdə yaşayan itlər də küçədə gəzdikləri üçün birə, gənə və digər parazitləri tükləri üzərində evə gətirə bilərlər.

Mütəxəssislərin yanaşmasına görə, itlə eyni yataqda yatmaq hər kəs üçün mütləq zərərli deyil. Lakin insanın allergiyası, yuxu problemləri, itin davranışı və heyvanın parazitlərə qarşı mütəmadi qorunması nəzərə alınmalıdır.

Mənbə: Health Mail

Aynur Camal

Oxşar xəbərlər

Alimlər fil dərisindən ilhamlanaraq istini 20 dərəcəyədək azaldan material hazırladılar

Aynur Camal

Çin ABŞ kənd təsərrüfatı məhsullarına rüsumları azaltmağa hazırlaşır

Aynur Camal

İsveçdə hökumətin formalaşdırılması ilə bağlı siyasi böhran yarandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu