Bugun.tv xəbər verir ki, Şotlandiyada yaşayan 78 yaşlı Cath Bowie sosial şəbəkələrdə yayımladığı Fortnite oyun videolarına görə “ən yaşlı qadın Fortnite yayımçısı” titulunu qazanaraq Ginnesin Rekordlar Kitabına düşüb.
Bowie bildirib ki, 2017-ci ildə nəvəsinin Fortnite oynadığını gördükdən sonra bu oyuna maraq göstərməyə başlayıb. Qısa müddət sonra özü də oyunu oynamağa qərar verib.
Təxminən doqquz ildir “grumpygran48” istifadəçi adı ilə oyun yayımları edən Bowie özünü oyunçudan daha çox Fortnite həvəskarı kimi xarakterizə edir.
Onun uğuru yaşın yeni maraqlar qazanmağa və rəqəmsal dünyada fəal olmağa mane olmadığını göstərir.
Mənbə: GuinnessWorld
