Qədim Misir, insan qurbanı, Misir piramidaları, Birinci sülalə, Umm əl-Qab, arxeologiya, qədim hökmdarlar, qədim tarix
Dünya

Qədim Misirdə hökmdarların xidmətçilərinin qurban edildiyinə dair yeni sübutlar üzə çıxıb

Qədim Misirin Birinci sülaləsi dövründə hökmdarların sarayında xidmət edən bəzi şəxslərin padşah öldükdən sonra qurban edilmiş ola biləcəyinə dair yeni sübutlar aşkarlanıb.

Bugun.Tv xəbər verir ki, The Guardian-ın yazdığına görə, ABŞ-ın Purdue Universitetindən arxeoloq Rozelin Kempbell Misirin Abydos yaxınlığındakı Umm əl-Qab kral qəbiristanlığından aşkar edilmiş insan qalıqlarını yenidən araşdırıb. Tədqiqatda Birinci sülalənin üç hökmdarına — Kral Djer, Kral Djet və Kraliça Merneitə aid məzarlığın ətrafındakı qəbirlərdən çıxarılmış 46 kəllə tədqiq edilib.

Qədim Misir, insan qurbanı, Misir piramidaları, Birinci sülalə, Umm əl-Qab, arxeologiya, qədim hökmdarlar, qədim tarix

18 kəllədə ölümcül xəsarət izləri aşkarlanıb

Araşdırma zamanı 46 kəllənin 18-də ölümcül ola biləcək xəsarət izləri müəyyən edilib. Bunların arasında kəllə sınıqları və bir şəxsin göz nahiyəsində kəsici alətlə yetirilmiş xəsarət də olub.

Tədqiqatçılar hesab edirlər ki, bu xəsarətlər ölüm zamanı və ya ölümə yaxın dövrdə yaranıb. Kempbellin fikrincə, xəsarətlərin qədim Misir təsvirlərində düşmənləri öldürmək üçün göstərilən gürzlə deyil, daha çox taxta və ya maral buynuzundan hazırlanmış yastı və enli alətlərlə yetirilməsi ehtimalı var.

Məlumata görə, həmin qəbirlər kral ailəsinə xidmət edən şəxslərə — saray məmurlarına, möhür daşıyıcılarına, nəzarətçilərə və sənətkarlara aid olub. Bu insanların hökmdarların məzarlarının yaxınlığında dəfn edilməsi onların ölümündən sonra da hökmdara xidmət etməsi ilə bağlı qədim ənənənin bir hissəsi ola bilər.

Qədim Misir, insan qurbanı, Misir piramidaları, Birinci sülalə, Umm əl-Qab, arxeologiya, qədim hökmdarlar, qədim tarix

İnsan qurbanı nəzəriyyəsi yenidən gündəmdə

İngilis misirşünası Flinders Petrie hələ ötən əsrin əvvəllərində bu qəbirlərin insan qurbanları ilə əlaqəli ola biləcəyini irəli sürmüşdü. Lakin həmin vaxt insan qalıqlarında zorakılıq izlərinin aşkarlanmaması bu nəzəriyyənin mübahisəli qalmasına səbəb olmuşdu.

Yeni araşdırma isə bəzi xidmətçilərin zorakılıqla öldürülərək hökmdarların yanında dəfn edilməsi ehtimalını gücləndirib. Bununla belə, alimlər nəticələrin bütün dəfn olunan şəxslərə şamil edilə bilməyəcəyini vurğulayırlar. Araşdırmada cəmi 46 kəllənin öyrənilməsi səbəbindən həmin dövrdə insan qurban edilməsinin nə qədər geniş yayıldığını dəqiq müəyyənləşdirmək mümkün deyil.

Tədqiqatçılar əlavə edirlər ki, belə dəfnlərin sayı sonradan sürətlə azalıb və ənənənin Misirin İkinci sülaləsinin başlanğıcında aradan qalxdığı görünür.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Nobel Tibb mükafatı beyində işıqla işləyən mexanizmi araşdıran alimlərə verildi

Aynur Camal

Qara dənizdə yük gəmisində yanğın: 2 nəfər öldü

Aynur Camal

Plastik şüşələri divara düzdülər: Günəşin istiliyini gecə istifadə edirlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu