Sakit okean, iqlim dəyişikliyi, iqlim fondu, COP31, Fici, dəniz səviyyəsi, iqlim maliyyəsi, ekoloji layihələr
Dünya

Sakit okean ölkələrinin iqlim fondu 15 milyon dollar maliyyə aldı

Bugun.tv xəbər verir ki, Sakit okean hövzəsində iqlim dəyişikliklərinin nəticələri ilə mübarizə üçün yaradılan fonda əlavə 15 milyon dollar vəsait ayrılıb.

Sakit Okean Dayanıqlılıq Fondu Fici, İrlandiya, Niderland və Danimarkanın yeni maliyyə öhdəliklərindən sonra indiyədək təxminən 200 milyon dollar vəsait toplayıb. Bu məbləğ fondun ilkin olaraq müəyyən etdiyi 500 milyon dollarlıq hədəfdən xeyli aşağıdır.

Fondun əsas məqsədi dəniz səviyyəsinin yüksəlməsi, güclü fırtınalar və digər iqlim risklərinə qarşı Sakit okean adalarının dayanıqlılığını artıran layihələri maliyyələşdirməkdir.

Məlumata görə, fond artıq 14 layihəyə dəstək verib. Bu layihələr arasında Palau adalarında manqrov meşələrinin bərpası və Mikroneziyada yeraltı su ehtiyatlarının yaxşılaşdırılması da var.

Fondun uzunmüddətli məqsədi 1,5 milyard dollar toplamaqdır. Sakit okean ölkələri isə noyabr ayında keçiriləcək COP31 öncəsi digər dövlətlərdən və beynəlxalq qurumlardan daha çox maliyyə dəstəyi gözləyirlər.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Balaca heyvan pişiyin belinə yapışdı – onu anası hesab etdiyi güman edilir

Aynur Camal

ABŞ və Çin nüvə obyektlərinə qarşılıqlı səfərləri müzakirə edir

Aynur Camal

Cənubi Afrikada bəbirlər geri qayıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu