COP31, Antalya, iqlim sammiti, BMT, iqlim dəyişikliyi, fosil yanacaqlar, Paris Sazişi, beynəlxalq danışıqlar
Dünya

Antalyada BMT-nin iqlim sammitində əsas sənəd üzrə razılıq əldə olunmadı

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin 31-ci İqlim Konfransı (COP31) əsas siyasi sənəd üzrə razılıq əldə edilmədən başa çatıb. Eyni zamanda qeyd edilib ki, bu, beynəlxalq iqlim danışıqlarında son 17 ildə ilk belə hal kimi qiymətləndirilir.

Bugun.tv xəbər verir ki, Noyabrın 9-dan 22-dək davam edən sammitdə iştirakçı ölkələr iqlim dəyişikliyi ilə mübarizə üzrə ümumi yanaşma barədə razılığa gələ bilməyiblər. “Politico” nəşrinin məlumatına görə, təqdim olunan sənəd layihəsi bir sıra ölkələr tərəfindən qəbul edilməyib.

Əsas fikir ayrılıqlarından biri fosil yanacaqlardan — neft, qaz və kömürdən imtina məsələsinin sənəddə kifayət qədər aydın əks olunmaması olub. Bəzi nümayəndə heyətləri iqlim istiləşməsinin əsas səbəblərindən birinə dair daha konkret öhdəliklər tələb ediblər.

Danışıqların davamı gözlənilir

Sammitin rəhbəri, Türkiyənin ətraf mühit naziri Murat Kurum konsensus əldə edilmədiyi üçün yeni sənəd layihəsinin hazırlanmayacağını bildirib. Həll olunmamış məsələlərin gələcək iqlim görüşlərində yenidən müzakirəyə çıxarılması gözlənilir.

Paris Sazişində nəzərdə tutulan qlobal istiləşmənin 1,5 dərəcə ilə məhdudlaşdırılması hədəfi də müzakirələrin əsas mövzularından biri olub.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Polşa ərazisinə düşən üç obyektin Rusiyanın X-101 raketləri olduğu müəyyənləşdirildi

Aynur Camal

ABŞ ordusunun qurğuşun tərkibli partlayıcıları məhv etmək planı mübahisə yaratdı

Aynur Camal

Silahlı toqquşmalar Ebola ilə mübarizəni çətinləşdirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu