Bugun.tv xəbər verir ki, Filippində dalğıcın çəkdiyi qeyri-adi görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Moalboal bölgəsində dalış edən şəxs dənizin dibində üzərində hərəkətsiz vəziyyətdə dayanan dəniz tısbağası görüb. Tısbağanın başının və bədəninin bir hissəsinin dəniz süngərinin içində olması ilk baxışdan heyvanın təhlükədə olduğu təəssüratı yaradıb.
Lakin sonradan məlum olub ki, tısbağa sadəcə istirahət edir və yatıb. Dəniz tısbağalarının müəyyən vaxtlarda qayalar, mərcanlar və digər strukturlar arasında dincəlməsi normal davranış sayılır.
Görüntüləri izləyən bəzi insanlar əvvəlcə tısbağanın öldüyünü düşünüblər. Ancaq heyvanın təhlükədə olmadığı məlum olduqdan sonra video sosial şəbəkələrdə əyləncəli və maraqlı reaksiyalar doğurub.
Mütəxəssislər dəniz tısbağalarının istirahət zamanı uzun müddət hərəkətsiz qala bildiyini bildirirlər.
Mənbə: Discover Wildlife
