Tallinn hava limanı, sürücüsüz avtobus, sürücüsüz nəqliyyat, Estoniya, hava limanı texnologiyası, avtomatlaşdırma, MiCa, yeni nəqliyyat texnologiyası
Texnologiya

Artıq təyyarələrin yanında sürücüsüz nəqliyyat vasitələri işləyir

Bugun.tv xəbər verir ki, Estoniyanın paytaxtındakı Tallinn hava limanında sürücüsüz nəqliyyat vasitələrinin istifadəsində yeni mərhələyə keçilib.

Euronews-un məlumatına görə, Estoniyanın “Auve Tech” şirkətinin hazırladığı “MiCa” sürücüsüz avtobusları hava limanında təyyarələrin park edildiyi ərazilərin yaxınlığında hərəkət etməyə başlayıb. Daha əvvəl bu nəqliyyat vasitələrində təhlükəsizlik əməkdaşı olurdusa, yeni mərhələdə sürücü və təhlükəsizlik operatoru olmadan fəaliyyət göstərirlər.

İşçiləri və ehtiyat hissələrini daşıyır

Sürücüsüz avtobuslardan əsasən hava limanında çalışan əməkdaşların və təyyarələr üçün ehtiyat hissələrinin daşınması məqsədilə istifadə olunur.

Hava limanları ciddi təhlükəsizlik qaydaları səbəbindən sürücüsüz texnologiyaların tətbiqi üçün şəhər yollarından daha mürəkkəb mühit hesab edilir. Tallinn hava limanındakı layihənin uğurlu olması halında belə sistemlərin digər hava limanlarında da tətbiqinin genişlənə biləcəyi bildirilir.

Tallinn hava limanı, sürücüsüz avtobus, sürücüsüz nəqliyyat, Estoniya, hava limanı texnologiyası, avtomatlaşdırma, MiCa, yeni nəqliyyat texnologiyası

Mənbə: Euronews

Aynur Camal

Oxşar xəbərlər

Səkkiz illik kosmik səyahət başa çatır: BepiColombo Merkurinin orbitinə daxil olmağa hazırlaşır

Aynur Camal

“Süni intellektli eynəkləri almayın!”- deyə tövsiyə edildi

Aynur Camal

Apple istifadəçilərin əvəzinə tapşırıqları yerinə yetirən süni intellekt agenti hazırlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu