Hadisə

Türkiyədə dəmir-polad zavodunda partlayış: 16 nəfər həlak oldu

Bugun.tv xəbər verir ki, Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində 16 nəfər həyatını itirib, 13 nəfər yaralanıb.

Partlayış bu gün – noyabrın 9-da, yerli vaxtla saat 11:46 radələrində zavodda sobanın dəyişdirilməsi işləri aparılarkən qeydə alınıb. İzmir valisi Süleyman Elbanın açıqlamasına görə, tavan kranı qoparaq elektrik qövs sobasına düşüb. Nəticədə materiallar sobaya tökülüb və təbii qaz xəttinin zədələnməsi partlayışa səbəb olub.

Güclü partlayışdan sonra zavodun ərazisində yanğın başlayıb, hadisə yerindən göyə qalın tüstü yüksəlib. Əraziyə yanğınsöndürənlər, təcili tibbi yardım və axtarış-xilasetmə qrupları cəlb olunub. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı açıqlamasında həm məhkəmə, həm də inzibati araşdırma başladıldığını bildirib. O, partlayışın səbəblərinin, mümkün səhlənkarlıq hallarının və məsul şəxslərin müəyyən ediləcəyini vurğulayıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Güclü külək ağacı aşırdı – avtomobil yararsız hala düşdü

Aynur Camal

Misirdə qatarların toqquşması nəticəsində 7 nəfər öldü, 125-dən çox insan yaralandı

Aynur Camal

Güclü yağışların yaratdığı daşqınlar iki nəfərin həyatına son qoydu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu