Dünya

Maaşların artırılması və mənzilə çıxış tələbi ilə 24 saatlıq ümumi etirazlar baş verdi

Bugun.tv xəbər verir ki, İspaniyada noyabrın 11-də əməkhaqlarının artırılması, mənzilə əlçatanlığın yaxşılaşdırılması və sosial hüquqların qorunması tələbi ilə 24 saatlıq ümumi tətil keçirilib. Bu, ölkədə 2012-ci ildən bəri təşkil olunan ilk ümumi tətil olub.

Reuters agentliyinin məlumatına görə, aksiyaya İspaniyanın iki böyük həmkarlar ittifaqı – İşçi Komissiyaları Konfederasiyası (CCOO) və Ümumi İşçilər İttifaqı (UGT), eləcə də kirayəçilərin təşkilatları dəstək verib. Həmkarlar ittifaqları tətilə 4 milyon işçinin qatıldığını açıqlayıb. İştirak səviyyəsi bölgələr üzrə fərqli olub, ən fəal dəstək sahil ərazilərində və avtomobil sənayesində qeydə alınıb.

Aksiya zamanı Madrid və Barselona da daxil olmaqla müxtəlif şəhərlərdə etiraz yürüşləri keçirilib. Bəzi mağazalar bağlanıb, ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşıb. Polis günün ilk yarısına qədər tətilə bağlı 470 hadisə üzrə 40 nəfərin saxlanıldığını bildirib.

İttifaqlar 2027-ci ildə minimum əməkhaqqının ən azı 7 faiz artırılmasını, mənzil bazarında qiymət artımına qarşı tədbirlər görülməsini və dövlət xidmətlərinin gücləndirilməsini tələb edirlər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Tramp və Netanyahu arasında İranla bağlı telefon danışığının gərgin keçdiyi iddia olunur

Aynur Camal

ChatGPT-də süni intellekt köməkçiləri yaradıldı

Aynur Camal

Etirazçılar Ursula fon der Lyayenin kortejinə yumurta və tərəvəz atdılar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu