Maraqlı faktlar

İtlər insanın keçmişini və təkamül tarixini öyrənməkdə alimlərə kömək edə bilər

Bugun.tv xəbər verir ki, alimlər itlərin yalnız insanların sadiq dostları deyil, həm də bəşər tarixinin öyrənilməsində mühüm elmi mənbə ola biləcəyini bildirirlər. Yeni elmi icmalda itlərin insanlarla minilliklər boyu birgə yaşamasının qədim insanların həyat tərzi, qidalanması və köç yolları barədə məlumat əldə etməyə imkan verdiyi vurğulanır.

“Mail.ru” nəşrinin məlumatına görə, Şimali Karolina Dövlət Universiteti və Pensilvaniya Dövlət Universiteti ilə əlaqəli tədqiqatçı Kayl Smitin hazırladığı araşdırma Evolutionary Anthropology jurnalında dərc olunub. Alimin sözlərinə görə, itlər insanlarla ən azı 14 min ildir birgə yaşayır və bu müddət ərzində oxşar mühitlərə uyğunlaşaraq bir sıra ortaq xüsusiyyətlər qazanıblar.

İtlərin qədim sümüklərinin araşdırılması keçmiş insanların məskunlaşdığı əraziləri müəyyənləşdirməyə, DNT analizləri isə insanların köç və ticarət əlaqələrini izləməyə kömək edə bilər. Heyvan qalıqlarında izotopların təhlili onların qidalanmasını üzə çıxarır və bu məlumat qədim insanların qida vərdişlərinin öyrənilməsində də istifadə oluna bilər.

Alimlər itlərin yaşlanma prosesinin və bəzi sağlamlıq xüsusiyyətlərinin araşdırılması üçün də faydalı model ola biləcəyini düşünürlər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Qədim Misirdə tanrılara qurban edilən pişiklərin ağır şəraitdə yaşadığı üzə çıxıb

Aynur Camal

Qadınların soyuğa daha həssas olmasının mümkün səbəbi araşdırılıb

Aynur Camal

Pişiklərin insanlara niyə miyoldadığı elmi araşdırmada üzə çıxdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu