süni intellekt, ABŞ, Çin, texnologiya təhlükəsizliyi, yarımkeçirici çiplər, kritik minerallar, San-Fransisko Bəyannaməsi, beynəlxalq əməkdaşlıq
Dünya

ABŞ və daha 9 ölkə süni intellekt texnologiyalarının təhlükəsizliyi üzrə razılaşma imzalayıb

Bugun.tv xəbər verir ki, ABŞ və onun doqquz beynəlxalq tərəfdaşı süni intellekt texnologiyalarının inkişafı üçün vacib olan infrastrukturun və təchizat zəncirlərinin təhlükəsizliyini gücləndirmək məqsədilə birgə bəyannamə imzalayıb.

“Reuters” agentliyinin noyabrın 16-da yaydığı məlumata görə, sənədi ABŞ, Böyük Britaniya, Avstraliya, Hindistan, İsrail, Yaponiya, Cənubi Koreya, Qətər, Sinqapur və Birləşmiş Ərəb Əmirlikləri imzalayıb.

San-Fransisko Bəyannaməsi adlandırılan sənəddə süni intellekt sahəsində istifadə edilən həssas texnologiyaların, yarımkeçirici çiplərin və kritik mineralların qorunması, eləcə də rəqəmsal infrastrukturun dayanıqlığının artırılması nəzərdə tutulur.

Razılaşma çərçivəsində tərəfdaş ölkələrin süni intellekt siyasəti, texnologiyaların tətbiqi, təchizat zəncirləri və təhlükəsizlik məsələləri üzrə birgə işçi qrupları yaratması planlaşdırılır.

Bu təşəbbüs ABŞ ilə Çin arasında texnologiya sahəsində rəqabətin gücləndiyi bir dövrdə irəli sürülüb. Vaşinqton süni intellekt sistemlərinin işləməsi üçün zəruri olan çiplər və digər strateji resursların təchizatında etibarlı tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə çalışır.

Almaniya, İsveç, Niderland və Avropa Komissiyasının da gələn həftə razılaşmaya qoşulması gözlənilir.

Mənbə: investing.com

Aynur Camal

Oxşar xəbərlər

Kabo-Verdedə prezident Joze Mariya Neveş ikinci müddətə yenidən seçildi

Aynur Camal

COP31-də iqlim sazişinin ilkin layihəsi hazırlanıb: fosil yanacaqlarla bağlı fikir ayrılığı qalır

Aynur Camal

Aİ ölkələri Ukraynada atəşkəs olmadan Rusiya ilə təhlükəsizlik danışıqlarını erkən hesab edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu