Azərbaycan, Vüqar Bayramov, APSCO, Pekin forumu, kosmik sənaye, kosmik texnologiyalar, regional əməkdaşlıq, beynəlxalq forum
İqtisadiyyat

Azərbaycan deputatı Pekində beynəlxalq kosmik forumda iştirak edir

Çinin paytaxtı Pekində Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının (APSCO) 4-cü Liderliyin İnkişafı Forumu fəaliyyətə başlayıb

Beynəlxalq tədbirdə kosmik texnologiyaların gələcək inkişafı, regional əməkdaşlıq və bu sahənin dayanıqlı iqtisadi inkişafa töhfəsi müzakirə olunur.

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov forumla bağlı təəssüratlarını sosial şəbəkə hesabında bölüşüb.

Deputatın paylaşımında bildirilir ki, “Kosmosun imkan verdiyi gələcək: Dayanıqlı və inklüziv Asiya-Sakit okean regionunun formalaşdırılması” mövzusuna həsr olunan forumda müxtəlif ölkələrdən nümayəndələr iştirak edirlər.

Azərbaycan, Vüqar Bayramov, APSCO, Pekin forumu, kosmik sənaye, kosmik texnologiyalar, regional əməkdaşlıq, beynəlxalq forum

Azərbaycanın kosmik sənayesinin inkişafı müzakirə olunacaq

Milli Məclisin rəsmi məlumatına əsasən, Vüqar Bayramov forum çərçivəsində keçiriləcək müzakirələrdə iştirak edəcək. Deputatın “Azərbaycanda kosmik sənayenin inkişafı: Regional əməkdaşlıq təşəbbüslərinə töhfə” mövzusunda çıxışı da nəzərdə tutulub.

Tədbirdə kosmik elmin və texnologiyaların inkişafı, peyk məlumatlarından istifadə, rəqəmsal yeniliklər, təbii fəlakətlərin idarə olunmasında kosmik məlumatların rolu və dövlətlərarası əməkdaşlıq məsələləri diqqət mərkəzindədir.

Deputat həmçinin qeyd edib ki, 2008-ci ildən fəaliyyət göstərən APSCO kosmik elm, texnologiya və onların tətbiqi sahələrində üzv dövlətlər arasında çoxtərəfli əməkdaşlığı təşviq edən hökumətlərarası təşkilatdır. Qurumun əsas məqsədlərindən biri regionun kosmik imkanlarını gücləndirmək və bu sahənin sosial-iqtisadi inkişafa töhfəsini artırmaqdır.

Azərbaycan nümayəndəsinin forumda iştirakı ölkəmizin kosmik sənaye sahəsindəki təcrübəsinin beynəlxalq platformada təqdim edilməsi və regional əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyət daşıyır.

Azərbaycan, Vüqar Bayramov, APSCO, Pekin forumu, kosmik sənaye, kosmik texnologiyalar, regional əməkdaşlıq, beynəlxalq forum

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Bank əmanətlərinə vergi güzəştləri daha 3 il uzadılmalıdır

Aynur Camal

ABŞ 1,2 milyard dollardan çox oğurlanmış kriptovalyutanı dondurdu

Aynur Camal

Vüqar Bayramov: Şuşanın iqtisadiyyatı Zəfərdən sonra 44 dəfə böyüyüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu