Vüqar Bayramov, bank əmanətləri, vergi güzəştləri, Vergi Məcəlləsi, depozit faizləri, gəlir vergisi, uzunmüddətli əmanətlər, bank sektoru
Baş xəbərİqtisadiyyat

Vüqar Bayramov: Bank əmanətlərinə vergi güzəştləri daha 3 il uzadılmalıdır

Bugun.tv xəbər verir ki, gələn ildən banklarda milli valyutada yerləşdirilən əmanətlər üzrə faiz gəlirlərinə tətbiq olunan vergi güzəştlərinin bir hissəsinin müddəti başa çatır.

İqtisadçı deputat Vüqar Bayramov bu güzəştlərin daha üç il müddətinə uzadılmasını təklif edib.

Deputat bu barədə öz sosial media hesabında paylaşdığı şərhdə bildirib. Onun sözlərinə görə, Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklər paketində bir sıra güzəştlərin müddətinin artırılması təklif olunsa da, 102.1.22-4-cü maddə üzrə bank əmanətlərinə aid güzəştin uzadılması nəzərdə tutulmayıb.

Vüqar Bayramov qeyd edib ki, hazırda hər bir bank üzrə milli valyutada yerləşdirilən depozitlərdən əldə olunan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Həmçinin, ən azı 18 ay müddətinə yerləşdirilən və həmin müddətdən tez geri qaytarılmayan əmanətlər üzrə faiz gəlirlərinə tam vergi güzəşti tətbiq edilir. Bu güzəştlərin müddətinin başa çatması ilə 200 manatdan artıq aylıq faiz gəlirlərinin müvafiq hissəsinin vergiyə cəlb edilməsi nəzərdə tutulur.

Deputatın misalına görə, aylıq faiz gəliri 500 manat olan əmanət üzrə 200 manatdan artıq 300 manatlıq hissə vergiyə cəlb oluna bilər.

O bildirib ki, bankların ümumi öhdəliklərinin 76,4 faizi, yaxud 41,8 milyard manatı depozitlərdən ibarətdir. Güzəştlərin tətbiqindən sonra unikal əmanətçilərin sayının 106,7 mindən 226,1 minə yüksəlməsi də bu mexanizmin əhəmiyyətini göstərir.

Vüqar Bayramovun fikrincə, uzunmüddətli əmanətlərin təşviqi bank sektorunun dayanıqlılığını artırmaq və biznes kreditlərinin payını genişləndirmək baxımından vacibdir.

Deputat hesab edir ki, banklarda 18 ay və daha artıq müddətə yerləşdirilən əmanətlər üzrə vergi güzəştlərinin daha üç il uzadılması həm vətəndaşların gəlirlərinin qorunmasına, həm də bank sektorunda uzunmüddətli maliyyə resurslarının artmasına xidmət edəcək. O, bu təklifi Milli Məclisin müvafiq komitəsinin iclasında da irəli sürdüyünü bildirib.

Qeyd edək ki, güzəşt müddətinin uzadılması hazırda deputatın təklifidir və bu məsələyə dair yekun qanunvericilik qərarı verildiyi bildirilməyib.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: ABŞ, Çin və Rusiya liderlərinin mümkün görüşü həlledici olmayacaq

Aynur Camal

Avstraliyada milyonlarla qırmızı xərçəng sahilə doğru köç edir

Aynur Camal

Hindistan kinosunun əfsanəvi filmi Bakıda böyük maraqla qarşılandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu