Bugun.tv xəbər verir ki, Ukrayna ilə Rusiya arasında davam edən müharibə fonunda Krımı Rusiya ərazisi ilə birləşdirən Kerç körpüsü bir həftə ərzində üçüncü dəfə hücuma məruz qalıb. Hadisədən sonra körpünün dəmir yolu hissəsində qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Reuters agentliyinin məlumatına görə, noyabrın 19-na keçən gecə həyata keçirilən pilotsuz uçuş aparatı hücumundan sonra Rusiya Nəqliyyat Nazirliyi dəmir yolu əlaqəsinin dayandırıldığını açıqlayıb. Nazirlik hadisə nəticəsində xəsarət alan olmadığını, mütəxəssislərin körpüyə dəymiş zərəri araşdırdığını bildirib.
Məlumata görə, körpü bu həftə artıq iki dəfə də hədəfə çevrilib. Noyabrın 17-də Ukrayna dronları və raketlərinin hücumu nəticəsində körpünün avtomobil yolu hissəsinin mərkəzi bölməsi dağılıb. Reuters tərəfindən təsdiqlənən görüntülərdə yol konstruksiyasının bir hissəsinin dənizə çökdüyü görünür.
Uzunluğu 19 kilometr olan Kerç körpüsü 2018-ci ildə istifadəyə verilib və Rusiyanın Krımla əlaqəsinin əsas nəqliyyat xətlərindən biri hesab olunur.
Son hücum Vladimir Putinin Çin səfəri və ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Cinpinlə görüşü ərəfəsində baş verib.
Mənbə: Reuters
