Avropa və Yaponiya kosmik agentliklərinin birgə həyata keçirdiyi BepiColombo missiyası Merkuriyə çatmaq üzrədir. Səkkiz ildən artıq davam edən və təxminən 6 milyard mil məsafəni əhatə edən kosmik səyahətdən sonra aparatın planetin orbitinə daxil olması gözlənilir.
Bugun.tv xəbər verir ki, bu barədə “The Guardian” və Avropa Kosmik Agentliyi (ESA) məlumat yayıb.
2018-ci ildə buraxılan BepiColombo missiyası Avropa Kosmik Agentliyi ilə Yaponiya Aerokosmik Tədqiqat Agentliyinin (JAXA) birgə layihəsidir. Kosmik aparat iki elmi orbiterdən – Avropanın Mercury Planetary Orbiter və Yaponiyanın Mio aparatından ibarətdir.
ESA-nın məlumatına görə, Merkurinin orbitinə daxilolma manevrinin 21 noyabr 2026-cı ildə həyata keçirilməsi planlaşdırılıb. Bu mərhələdə aparat planetin ətrafında ilkin qütb orbitinə yerləşdirilməlidir.
Merkurinin sirrləri araşdırılacaq
Missiyanın əsas məqsədi Günəş sisteminin ən kiçik planetinin səthini, daxili quruluşunu, maqnit sahəsini və Günəş küləyi ilə qarşılıqlı təsirini öyrənməkdir.
Avropa aparatının Merkurinin səthini və tərkibini araşdırması, daxili quruluşu və böyük nüvəsi haqqında məlumat toplaması nəzərdə tutulur. Yaponiyanın Mio aparatı isə əsasən planetin maqnit sahəsini və olduqca seyrək atmosferini tədqiq edəcək.
İki aparatın bir-birindən ayrılması dekabrın 9–10-na planlaşdırılır. Elmi müşahidələrin isə 2027-ci ilin aprelində başlaması gözlənilir.
Mənbə: The Guardian
