Dünya

Nüvə sınaqlarının keçmiş hərbçilərin sağlamlığına təsiri araşdırılacaq

Böyük Britaniyada ötən əsrin 50–60-cı illərində nüvə silahı sınaqlarında iştirak etmiş hərbçilərin və onların ailə üzvlərinin sağlamlığı ilə bağlı iddialar müstəqil araşdırılacaq. Bunun üçün xüsusi komissiyanın yaradılması qərara alınıb.

Bugun.tv xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Endi Börnhamın təşəbbüsü ilə yaradılan müstəqil komissiyaya keçmiş Liverpul yepiskopu Ceyms Cons rəhbərlik edəcək. Araşdırma 1950-ci illərin sonlarında Sakit okeandakı nüvə sınaq məntəqələrində xidmət etmiş hərbçilərin sağlamlığına mümkün təsirləri, eləcə də bununla bağlı dövlət qurumlarının əlində olan sənədləri əhatə edəcək.

Bəzi keçmiş hərbçilər nüvə sınaqları zamanı radiasiyaya məruz qalmalarının sonradan xərçəng, qan xəstəlikləri və ailələrində digər sağlamlıq problemlərinə səbəb olduğunu bildirirlər. Onlar uzun illərdir dövlət qurumlarından bu məsələyə aydınlıq gətirilməsini tələb edirlər.

Komissiyanın fəaliyyəti 1989-cu ildə baş vermiş Hillsborough stadion faciəsi ilə bağlı müstəqil araşdırmanın modelinə əsaslanacaq. İlkin hesabatın 2027-ci il oktyabrın 3-dək, Britaniyanın ilk nüvə sınağının 75-ci ildönümünə qədər təqdim edilməsi nəzərdə tutulur.

Hökumət hələlik mümkün kompensasiya və ya rəsmi üzrxahlıq məsələsi ilə bağlı qərar verməyib.

Mənbə: ITV News

Aynur Camal

Oxşar xəbərlər

Yenə Odesada iki nəfər öldü, Kiyevdə yaralananlar var

Aynur Camal

Tramp: ABŞ-ın İrana qarşı hərbi əməliyyatları yanvarın sonunadək maliyyələşdirilib

Aynur Camal

İran Hürmüz boğazında iki neft tankerinin minaya düşərək alovlandığını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu