Donald Tramp, ABŞ İran münasibətləri, İranla müharibə, hərbi əməliyyatlar, ABŞ Konqresi, İranın nüvə proqramı, Yaxın Şərq, beynəlxalq siyasət
DünyaSiyasət

Tramp: ABŞ-ın İrana qarşı hərbi əməliyyatları yanvarın sonunadək maliyyələşdirilib

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrana qarşı hərbi əməliyyatları yanvar ayının sonunadək davam etdirmək üçün kifayət qədər maliyyə vəsaitinə malik olduğunu bildirib. O, Vaşinqtonun istənilən vaxt münaqişəyə son qoya biləcəyini də bəyan edib.

Bugun.tv xəbər verir ki, Tramp bu açıqlamaları “New York Post” qəzetinə verdiyi müsahibədə səsləndirib. ABŞ prezidenti Konqresdəki demokratların hərbi əməliyyatları məhdudlaşdırmaq cəhdlərinin ölkəsinin əldə etdiyini iddia etdiyi qələbəni məğlubiyyətə çevirə biləcəyini bildirib.

ABŞ-ın hərbi əməliyyatları davam etdirmək imkanlarının yanvar ayında demokratların Konqresdə nəzarəti ələ almasından sonra məhdudlaşıb-məhdudlaşmayacağı ilə bağlı suala cavab verən Tramp administrasiyanın yanvarın sonunadək əməliyyatları maliyyələşdirmək imkanına malik olduğunu deyib.

İranla bağlı əsas məqsəd nüvə silahının qarşısını almaqdır

Müsahibədə İranın hakimiyyət sistemində dəyişiklik ehtimalına da toxunan Tramp bunun mümkün ola biləcəyini, lakin ABŞ-ın əsas məqsədi olmadığını bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun başlıca hədəfi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Tramp hakimiyyət dəyişikliyinin ABŞ-ın hərbi əməliyyatları üçün əsas meyar olmadığını vurğulayıb.

Prezident həmçinin ABŞ-ın münaqişəni istənilən vaxt başa çatdıra biləcəyini iddia edib.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Nüvə sınaqlarının keçmiş hərbçilərin sağlamlığına təsiri araşdırılacaq

Aynur Camal

Yenə Odesada iki nəfər öldü, Kiyevdə yaralananlar var

Aynur Camal

Məhəmməd Əsədullazadə: Rusiyanın ərazi tələbləri sülh danışıqlarında əsas maneə olaraq qalır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu