Dünya

Rusiya və Ukrayna arasında müharibənin ən böyük əsir mübadiləsi gözlənilir

Rusiya və Ukrayna arasında müharibə başlayandan bəri ən böyük əsir mübadiləsinin yaxın həftələrdə həyata keçirilə biləcəyi bildirilir. ABŞ nümayəndəsi Cared Kuşner minlərlə insanın ailələrinə qayıtmasına imkan yaradacaq mübadilənin bayram günlərindən əvvəl baş tutmasının gözlənildiyini açıqlayıb.

Bugun.tv xəbər verir ki, Kuşnerin sözlərinə görə, noyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilən üçtərəfli danışıqların əsas məqsədlərindən biri genişmiqyaslı humanitar əsir mübadiləsinə nail olmaq olub.

O bildirib ki, planlaşdırılan mübadilə müharibənin başlanmasından bəri ən böyük belə əməliyyat ola bilər və minlərlə insanın öz ailələrinə qovuşmasına şərait yarada bilər.

ABŞ nümayəndəsi sülh danışıqlarının formatında da müəyyən irəliləyiş əldə olunduğunu bildirib. Onun sözlərinə görə, gələcək qərarlar Avropa ölkələrinin və Ukraynanın razılığı olmadan qəbul edilməyəcək.

Qeyd edək ki, əsir mübadiləsinin dəqiq tarixi və iştirakçıların sayı hələ açıqlanmayıb. Hazırkı məlumat ABŞ nümayəndəsinin gözləntisinə əsaslanır.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Keniyada ABŞ-ın dəstəklədiyi Ebola karantin mərkəzinin tikintisi dayandırılıb

Aynur Camal

Kim Çen In taktiki nüvə silahlarının daha geniş tətbiqinə çağırdı

Aynur Camal

İranda istehsal olunan pilotsuz uçuş aparatlarının Küveytdəki hücumu iki italiyalının ölümünə səbəb oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu