Baş xəbərDünya

KİV: “Boris Conson jurnalistikaya qayıda bilər”

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson yenidən jurnalistika fəaliyyəti ilə məşğul ola bilər.

Bugün.tv “The Guardian”a istinadən xəbər verir ki, artıq ölkəsinin məşhur qəzetlərindən olan “Daily Mail” keçmiş hökumət başçısına köşə yazarlığı təklif edib.

Lakin B.Consona təklif olunan maaş və digər detallar açıqlanmayıb. Hələ ki, nə Britaniya hökuməti, nə də “Daily Mail” bu iddialara münasibət bildirib.

Qeyd edək ki, B.Conson 2016-cı ilə, yəni siyasətə gələnə qədər “The Teleqrafh” qəzetində köşə yazarı kimi çalışıb. O, yalan xəbər yazdığına görə qəzetdən uzaqlaşdırılıb.

Aynur Camal

Oxşar xəbərlər

Husilər Səudiyyə Ərəbistanındakı obyektlərə hücum etdiklərini iddia edirlər

Aynur Camal

Quraqlıq milli böhran səviyyəsinə çatıb: milyonlarla insan təhlükə qarşısındadır

Aynur Camal

Helikopter qəzası: 4 nəfər öldü, 11 nəfər yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu