Siyasət

Polşadan Rusiyaya xəbərdarlıq

Polşa Rusiyanın Kalininqrad vilayətində hipersəs raketləri yerləşdirməsinə NATO nizamnaməsinin kollektiv müdafiə ilə bağlı beşinci maddəsinin aktivləşdirilməsinə qədər adekvat cavab verəcək.

Bu barədə Polşa Müdafiə Nazirliyinin dövlət katibi Voytsex Skurkeviç deyib.

“NATO-nun şərq cinahında yerləşən bir ölkə olaraq biz təhlükəni tam dərk edirik və addımlarımız Rusiyanın gördüyü hərəkətlərə adekvat olacaq”- deyə, o bildirib.

Dövlət rəsmisi həmçinin qeyd edib ki, real təhlükə yaranarsa, NATO Nizamnaməsinin 5-ci maddəsi avtomatik olaraq işə düşəcək, burada “hamı üçün, hamı bir nəfər üçün” düsturu yer alır.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

ABŞ Rusiyanın maliyyə nazirini G20 danışıqlarına qaytardı

Aynur Camal

Tramp İranın Xark adasının “dağıdıldığını” iddia edib – ABŞ bunu təsdiqləməyib

Aynur Camal

Məhəmməd Əsədullazadə: Pezeşkianla SEPAH arasında qarşıdurma dərinləşir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu