Siyasət

Polşadan Rusiyaya xəbərdarlıq

Polşa Rusiyanın Kalininqrad vilayətində hipersəs raketləri yerləşdirməsinə NATO nizamnaməsinin kollektiv müdafiə ilə bağlı beşinci maddəsinin aktivləşdirilməsinə qədər adekvat cavab verəcək.

Bu barədə Polşa Müdafiə Nazirliyinin dövlət katibi Voytsex Skurkeviç deyib.

“NATO-nun şərq cinahında yerləşən bir ölkə olaraq biz təhlükəni tam dərk edirik və addımlarımız Rusiyanın gördüyü hərəkətlərə adekvat olacaq”- deyə, o bildirib.

Dövlət rəsmisi həmçinin qeyd edib ki, real təhlükə yaranarsa, NATO Nizamnaməsinin 5-ci maddəsi avtomatik olaraq işə düşəcək, burada “hamı üçün, hamı bir nəfər üçün” düsturu yer alır.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilib

Aynur Camal

Azərbaycan prezidenti Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib(FOTO)

Bugün TV

Moldova Müdafiə Nazirliyində 4 ölkənin xüsusi təyinatlı birləşmələrinin iştirakı ilə təlimlər başlayıb

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu