Sosial

Pensiya yaşı aşağı salınsın – TƏKLİF

“Azərbaycanda pensiya yaşı aşağı salınmalıdır”.

Bugun.tv-nin məlumatına görə, bunu Milli Məclisin iclasında 2023-cü ilin büdcə layihələrinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

“Mətbuatdan oxuyuram ki, Azərbaycanda kişilərin 47 faizi 65 yaşa qədər yaşayır. Bu rəqəmi Dövlət Statistika Komitəsinə istinadən səsləndirirlər. Bilmirəm nə dərəcə doğrudur, ancaq hər halda bəzi məsələləri nəzərə almalıyıq”, – deyə Qüdrət Həsənquliyev əlavə edib.

Deputat təklif edib ki, ölüm halları üzrə yaş nisbəti nəzərə alınmalı və pensiya yaşı aşağı salınmalıdır.

“İnsanlar pensiyanı tez almalıdırlar. Kişilər tez ölürsə, onların pensiyaya çıxmaq yaşı azaldılmalıdır”, – deyə o bildirib.

Bugün TV

Oxşar xəbərlər

Azərbaycan Autizm Assosiasiyası Bayburt Universitetində görüş keçirdi

Elnarə Dərziyeva

İki Müharibənin Qəhrəmanı: Əlağa İmanov Əbədiyyətə Qovuşdu

Elnarə Dərziyeva

Günel Gözəlova leykemiya ilə mübarizəyə həsr olunan maarifləndirici konfransın moderatoru oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu