İdman

DÇ-2022: Final oyununun hakimləri bəlli oldu

Qətərdə təşkil olunan dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçiriləcək final oyununun hakimləri açıqlanıb.

Bugun.tv-nin məlumatına görə, qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

Ona yan xətt hakimləri Pavel Sokolnitski və Tomaş Listkeviç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirəcək.

Görüşün VAR hakimi isə Tomaş Kvyatkovski olacaq.

Qeyd edək ki, dekabrın 18-də oynanılacaq Argentina – Fransa matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bugün TV

Oxşar xəbərlər

FHN əməkdaşı DİN-in cüdo üzrə açıq çempionatının qalibi olub

Aynur Camal

Saatlılı taekvondoçu ölkə birinciliyində qızıl nəticə göstərdi

Aynur Camal

Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu