İdman

Dünya çempionatında iştirak edən komandaların mükafatı açıqlandı

2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatında çıxış edən milli komandaların pul mükafatı açıqlanıb.

Məlum olub ki, Beynəlxalq Futbol Federasiyası (FIFA) bunun üçün 440 milyon dollar ayırıb.

Beləliklə, turnirin qalibi Argentina millisi 42 milyon, ikinci yeri tutan Fransa 30 milyon, üçüncü yerdə qərarlaşan Xorvatiya 27 milyon, dördüncü olan Mərakeş 25 milyon dollar alacaq.

Turniri 1/4 final mərhələsində tərk edən komandaların hər biri 17 milyon dollar alacaq. Bunlar İngiltərə, Braziliya, Portuqaliya və Niderlandın milli komandalarıdır.

1/8 finalda çıxan komandaların – Seneqal, ABŞ, Polşa, Avstraliya, Yaponiya, İspaniya, İsveçrə, Cənubi Koreya – hər biri 13 milyon qazanıb.

Qrup mərhələsini adlaya bilməyən Ekvador, Qətər, İran, Uels, Meksika, Danimarka, Səudiyyə Ərəbistanı, Tunis, Kanada, Almaniya, Serbiya, Belçika, Kosta-Rika, Uruqvay, Kamerun, Qananın milli komandalarının hər biri isə 9 milyon qazanıb.

Mənbə: NBC Sports

Bugün TV

Oxşar xəbərlər

FHN əməkdaşı DİN-in cüdo üzrə açıq çempionatının qalibi olub

Aynur Camal

Saatlılı taekvondoçu ölkə birinciliyində qızıl nəticə göstərdi

Aynur Camal

Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu