DünyaHadisə

Rusiyada avtobus beton hasara çırpıldı

Rostov vilayətində sərnişin avtobusu beton hasara çırpılıb, 6-sı uşaq olmaqla, 13 nəfər yaralanıb.

Bugun.tv-nin məlumatına görə, hadisə cümə günü səhər saatlarında Kamensk-Şaxtinskidə baş verib. İlkin məlumata görə, sürücü pisləşib və idarəetməni itirib. Bundan sonra avtobus sürətlə beton hasara və ağaca çırpılıb.

Toqquşma nəticəsində sərnişinlər bir-birinin üstünə yıxılıb, salonda tutacaqlar və oturacaqlar qopub.

Sürücü və 6-sı uşaq olmaqla, 13 nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdirilib.

Mənbə: “MVD Media”

Bugün TV

Oxşar xəbərlər

Dörd gün ərzində 22 sərnişin reysi bomba hədəsi ilə üzləşdi

Aynur Camal

Dərsləri daha səmərəli öyrənmək üçün 10 faydalı üsul

Aynur Camal

Evləri ayda 1 avroya kirayə verirlər – əvəzində biliklərini bölüşməyi istəyirlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu