Baş xəbərSiyasət

“İran daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməkdə davam edir”

İran xarici işlər nazirindən iddia: “İran daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməkdə davam edir”.

İRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin 6-cı iclası çərçivəsində görüşüb və iki ölkə arasında dostluq əlaqələrinin genişləndirilməsi yollarını müzakirə ediblər. Görüşdə Əmir Abdullahiyan Azərbaycanın qonşuluqdakı mövqeyinə və İran İslam Respublikasının xarici siyasətində bu sahənin prioritetliyinə toxunaraq qeyd edib: “Cənubi Qafqazda baş verən proseslər, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və bununla bağlı atəşkəs sazişi bölgədə sabitlik və inteqrasiya üçün yeni pəncərələr və imkanlar açıb. Region ölkələrinin ərazi bütövlüyünün qorunub saxlanması bizim üçün önəmlidir və İran Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”.

Mənbə: Azad İran

Aynur Camal

Oxşar xəbərlər

QOLAT Sport Service idman tədbirlərinin təşkili və idman geyimlərinin hazırlanması ilə bağlı xidmətlər təqdim edir

Bugün TV

Rusiyada dron təhlükəsi: Azərbaycan-Rusiya reysləri də risk altında – xarici aviaşirkət uçuşları dayandırdı

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan süni intellekt və rəqəmsal texnologiyalar üzrə regional mərkəzə çevrilə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu