Baş xəbərDünya

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf vəfat edib

Xarici Xəbərlər. 

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf uzun sürən xəstəlikdən sonra fevralın 5-də 79 yaşında Dubayda xəstəxanada vəfat edib.

Bildirilir ki, Müşərrəf orqanizmdə maddələr mübadiləsinin uğursuz olduğu amiloidoz xəstəliyinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilib.

Pərviz Müşərrəf 1943-cü il avqustun 11-də o vaxt Britaniya koloniyalarının bir hissəsi olan Dehlidə anadan olub. Pakistanın ayrılmasından sonra ailəsi Kəraçi şəhərinə köçüb. 1991-ci ildə general rütbəsi alıb, 1998-ci ildə isə Baş Qərargah rəisi olub, bundan sonra Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri və Pakistan Ordusunun baş komandanı olub.

2019-cu il dekabrın 17-də Pakistan məhkəməsi eks-prezident Pərviz Müşərrəf barəsində ölüm hökmü çıxarmışdır.

Mənbə: Geo News

Aynur Camal

Oxşar xəbərlər

ABŞ Sakit okeanda dərin dəniz mədənçiliyi üçün milyonlarla hektar ərazini icarəyə verdi

Aynur Camal

Zeera dadlı qazlı içkilər Coca-Cola və Pepsi-yə rəqib olur

Aynur Camal

“Süni intellektli eynəkləri almayın!”- deyə tövsiyə edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu