Siyasət

Bəşər Əsəd Putinlə Moskvada görüşdü

Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədlə görüşüb. Onlar danışıqlar zamanı Dəməşq-Ankara münasibətlərinə də toxunublar.

Bugun.tv xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib.

Peskovun sözlərinə görə, dövlət başçıları ikitərəfli münasibətləri müzakirə ediblərr. Həmçinin, Suriya böhranının həllini gündəmə gətiriblər.

Qeyd edək ki, Əsəd böyük bir nazir heyətinin müşayiəti ilə Moskvada səfərdə olub. Onu Vnukovo hava limanında prezidentin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov, Suriyanın Rusiyadakı səfiri Bəşər Cəfəri və Rusiyanın Suriyadakı səfiri Aleksandr Yefimov qarşılayıblar.

Xatırladaq ki, liderlər sonuncu dəfə 2021-ci ilin sentyabrında, Suriya prezidenti  Moskvaya gələndə görüşüblər.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

NYT: İran ABŞ-ın atəşkəs təklifini rədd etdi

Aynur Camal

Tramp Qırmızı dənizdə husi hücumlarına görə İranı cəzalandıracağına söz verdi, neft 100 dolları keçdi

Aynur Camal

ABŞ Çinlə danışıqlarda süni intellekt texnologiyalarının oğurlanması məsələsini gündəmə gətirəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu