Baş xəbərSosial

Enerji içkilərinin reklamı ilə bağlı xəbərdarlıq!

AQTA enerji içkilərinin reklamı ilə bağlı xəbərdarlıq edib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi bu günə qədər enerji içkisi olan məhsulların dövriyyəsinin tənzimlənməsi, habelə enerji içkisi olmayan məhsulların enerji içkisi kimi satılması ilə bağlı genişmiqyaslı nəzarət-yoxlama tədbirləri həyata keçirib.

Ancaq buna baxmayaraq, təəssüf ki, hələ də kütləvi yayım vasitələrində enerji içkisi olmayan məhsulların enerji içkisi kimi təbliğatı və bununla da istehlakçıların aldadılması hallarına rast gəlinir.

Bugun.tv xəbər verir ki, bu barədə AQTA facebook səhifəsindən məlumat yayıb.

AQTA xəbərdarlıq edir ki, kütləvi yayım vasitələrində enerji içkisi olmayan məhsulların enerji içkisi təəssüratı yaratmaqla təbliğat tədbirlərinin aparılması aşkar olunarsa, həmin enerji içkilərinin istehsalı və dövriyyəsi ilə əlaqədar daha sərt tənzimləmə mexanizmləri tətbiq olunacaq və bu cür hallara yol verən şirkətlərlə bağlı inzibati tədbirlər görüləcəkdir.

Aynur Camal

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov: Milli maraqlar şəxsi ambisiyalara qurban verilməməlidir

Aynur Camal

Antiperspirantlarla bağlı şok iddialar: Döş xərçəngi və Alzheimer xəstəliyinə səbəb olur!

Elnarə Dərziyeva

Ruhlar həqiqətən mövcuddur? Son elmi araşdırmalar nə göstərir?

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu