26 C
Baku
18 Sentyabr 2026, 14:09
DünyaSiyasət

Monteneqro yeni prezidentini seçdi

Bugun.tv xəbər verir ki, Monteneqronun Dövlət Seçki Komissiyası prezident seçkilərinin nəticələrini açıqlayıb. Keçmiş İqtisadi İnkişaf və Turizm Naziri Yakov Milatoviç 222 592 səs, yəni ümumi səslərin 58,88 faizini toplayaraq Monteneqronun yeni rəhbəri seçilib.

Məlumata görə, prezidentlik müddəti başa çatan Milo Dukanoviç 41,12% və ya 154 769 səs toplayıb.

542 mindən çox insanın səsvermə hüququ var idi. Seçkilərdə vətəndaşların 70,7%-i iştirak edib.

Konstitusiyaya görə, Monteneqro parlamentli respublikadır və prezidenti ümumxalq səsverməsi ilə beş il müddətinə seçilir.Dövlət başçısı isə daha çox nümayəndəlik funksiyalarını yerinə yetirir. Prezident kabinetin formalaşmasında və baş nazirin təyin edilməsində söz sahibidir.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

ABŞ kosmosda və Ay ətrafında mümkün döyüşlərə hazırlaşır

Aynur Camal

“Ölmək qadağandır!” Tayland baş nazirindən əcnəbilərə sərt xəbərdarlıq

Aynur Camal

Nigeriyada metanol şübhəli içkidən ölənlərin sayı 48-ə çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu