Rusiya prezidenti
DünyaSiyasət

Vladimir Putin özbəkistanlı həmkarı ilə telefonla danışıb

Rusiya prezidenti Vladimir Putin özbəkistanlı həmkarı Şavkat Mirziyoyev ilə telefon danışığı aparıb.

Bugun.tv xəbər verir ki, bu barədə rəsmi Kreml məlumat yayıb.

Liderlər ikitərəfli münasibətlərin əsas məsələlərini, o cümlədən ticarət və iqtisadiyyat sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi tədbirlərini müzakirə ediblər.

Tərəflər  həmçinin, Rusiya ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqliyin daha da hərtərəfli möhkəmləndirilməsində qarşılıqlı marağı təsdiqləyiblər.

Liderlər müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.

Özbəkistan liderinin mətbuat xidməti bildirib ki, Mirziyoyev və Putin telefon danışığında aprelin sonunda Daşkənddə keçiriləcək “İnnoprom” sərgisini və digər iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

Popkorn niyə çölə doğru açılır? Səbəbi təzyiq və buxardır

Aynur Camal

Tramp ABŞ-ın dizel ixracını qadağan edə biləcəyini açıqladı

Aynur Camal

Fransada lisey şagirdlərinin etirazlarında 202 nəfər yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu