Baş xəbərSosial

Milli Məclisdə ilk dəfə dövlət qulluğuna qəbul ilə əlaqədar yazılı imtahan keçirildi

Bugun.tv xəbər verir ki, parlamentdə ilk dəfə Milli Məclis Aparatının hüquqşünas ixtisası üzrə vakant dövlət qulluğu vəzifələrinə qəbul ilə əlaqədar müsabiqə elan edilib.

Müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarətdir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu gün parlamentin inzibati binasında müsabiqənin birinci mərhələsi üzrə yazılı imtahan keçirilib.

Üç qrup şəklində keçirilmiş imtahanda hüquqşünas ixtisası üzrə ali təhsilə malik olan və sənədlərini bu il martın 3-dək müvafiq qaydada təqdim etmiş 364 namizəd iştirak edib.

Yazılı imtahan mərhələsində iddiaçıların nəzəri bilikləri və Azərbaycan Respublikasının qanunvericiliyinə bələdliliyi yoxlanılacaq.

İmtahanın nəticələri və müsabiqənin növbəti mərhələsi barədə əlavə məlumat veriləcək.

Mənbə: AZƏRTAC

Aynur Camal

Oxşar xəbərlər

Kabab soyuducuda nə qədər saxlanıla bilər?

Aynur Camal

Nizami Kino Mərkəzində 500 nəfərlik “Mikrosahibkarların Forumu” keçiriləcək

Aynur Camal

Məhəmməd Əsədullazadə: İran sonu bilinməyən bir yola çıxıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu