Baş xəbərKriminal

Avtoxuliqanlıq edən şəxs saxlanıldı – VİDEO

Göygöldə toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bugun.tv-yə məlumat verib.

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının araşdırmaları zamanı rayon sakini Kənan Rzayevin “HYUNDAİ” markalı avtomobil ilə toy karvanında intizamsızlıq etməsi məlum olub.

Belə ki, o yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edib və digər hərəkət iştirakçılarına təhlükə yaradıb.

Həmin şəxs saxlanılaraq barəsində protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə K. Rzayev 20 sutka müddətinə inzibati qaydada həbs edilib.

Aynur Camal

Oxşar xəbərlər

Alimlər: çatlar artıq yeni növ iş formasıdır

Aynur Camal

Gənc ixtiraçı plastik tullantılardan yanacaq istehsal edib

Aynur Camal

Süni intellekt bir çox virusa qarşı təsirli ola biləcək yeni peyvənd hazırlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu