Mədəniyyət

Əhməd Cavad – 131

Bugun.tv xəbər verir ki, Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan ədiblərimizdən Əhməd Cavadın 131 illiyi qeyd olunur. Onun ədəbi yaradıcıllığının ən parlaq dövrü Cümhuriyyət illərinə təsadüf edir. Zəfərlərdə, əlamətdar günlərdə köksümüz qabara-qabara oxuduğumuz Azərbaycan himninin sözlərini Əhməd Cavad  məhz həmin illərdə qələmə alıb. Azərbaycanda Sovet hakimiyyət qurulduqdan sonra xalqımızın digər istedadlı ziyalıları kimi o da repressiyaya məruz qalıb.

Xatırladaq ki, Əhməd Cavad 1892-ci il may ayının 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yazdığı Azərbaycan Dövlət Himninin sözlərinin və “Çırpınırdı Qara dəniz” adlı məşhur şeirin müəllifi olub.

Dahi şair Ə.Cavad repressiya dövründə – 1937-ci ilin 12 oktyabr tarixində, 45 yaşında öldürülüb.

Doğum günündə ədibimizi hörmətlə anırıq!

Müxbir: Aynur Ruslan

Bugün TV

Oxşar xəbərlər

Yeni “Pyotr” əvvəlkilərdən nə ilə fərqlənəcək? “İmperiyanın doğuluşu” filmi təqdim olunub

Aynur Camal

III Beynəlxalq Məqam Sənəti Forumunun açılış mərasimi keçirildi

Aynur Camal

AY YOLA qrupu dünya musiqi səhnəsində səs saldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu