Baş xəbərSəhiyyə

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etdi

Bugun.tv xəbər verir ki,  bu gün müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cu ildönümü günüdür.

Bu münasibətlə Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.

Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev Azərbaycan elminə və təhsilinə, bu sahənin işçilərinə, o cümlədən həkimlərə həmişə xüsusi diqqət və qayğı göstərirdi. Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrlar hazırlanması məhz Ulu Öndərin adı ilə bağlıdır.

Aynur Camal

Oxşar xəbərlər

“Ramazanın son günlərindən yararlanmağı unutmayaq”

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan qadınları cəmiyyətin inkişafında mühüm rol oynayır

Aynur Camal

Yerin səthindən istifadə qaydaları ilə bağlı plenar iclası keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu