Baş xəbərDünya

Britaniya uzaqmənzilli qanadlı raketləri Ukraynaya göndərir

Bugun.tv xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles parlamentdə ölkəsinin Ukraynanı “Fırtına kölgəsi” qanadlı raketləri ilə təmin edəcəyini təsdiqləyib.

Uolles bəyan edib ki, bu yolla Ukrayna qüvvələri cəbhə xəttinin arxasındakı rus qoşunlarını, sursat və yanacaq anbarlarını vura bilər.

Raketlərin Ukraynanın öz suverenliyindəki Rusiya qüvvələrini geri itələməsinə imkan yaradacağına işarə edən Uolles, “Bu raket sistemlərinin verilməsi Ukraynaya Rusiyanın vəhşiliklərinə qarşı özünü müdafiə etmək üçün ən yaxşı şansı verir” deyib.

Nazir Uolles bildirib ki, biz Rusiya mülki vətəndaşları öldürdüyü üçün onların  yanında durmayacayıq.

Qeyd edək ki, Böyük Britaniyanın tədarük edəcəyi “Storm Shadow” qanadlı raketlərinin 250 kilometrdən çox mənzilli olduğu məlumdur.

İngiltərənin baş naziri Rişi Sunak fevral ayında Ukraynaya uzaqmənzilli raketlər göndərməyə hazır olduqlarını və Britaniya hökumətinin onların tədarükü üçün tender prosesinə başladığını bəyan edib.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

Putin Rumıniyada yaşayış binasına düşən PUA ilə bağlı iddialara münasibət bildirdi

Aynur Camal

Rusiya Ermənistanın məşhur mineral su markasını qadağan etdi

Aynur Camal

Ukrayna İsveçdən Gripen döyüş təyyarələri aldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu