Image default
Baş xəbərDünya

40 miqrant xilas edildi

Bugun.tv xəbər verir ki, Meksikanın şimalında insan qaçaqmalçıları tərəfindən zorla saxlanılan 40 immiqrant polis əməliyyatı ilə xilas edilib.

Meksika mətbuatında çıxan xəbərə görə, bir hesabatı qiymətləndirən təhlükəsizlik qüvvələri Nuevo əyalətində saxlanılan immiqrantları xilas etmək üçün işlərə başlayıb.

Meksikanın müdafiə naziri Luis Cresencio Sandoval cinayət təşkilatlarının əlində olduğu aşkarlanan 40 miqrantın xilas edildiyini bildirib.

5-i uşaq olmaqla immiqrantların Venesuela, Honduras, Braziliya, Haiti və Salvadordan olduğu bildirilib.

Səlahiyyətlilər, insan qaçaqmalçılarının immiqrantları azad etmək üçün bir şərt olaraq adambaşına 1500 dollar tələb etdiklərini açıqladı.

Qeyd olunub ki, miqrantlar avtobusda ABŞ sərhədinə gedərkən Matehuala qəsəbəsində magistral yolda naməlum şəxslər tərəfindən qaçırılıb.

Meksikadakı bir çox mühacir daha yaxşı həyat ümidi ilə ABŞ-a qaçmaq istəsələr də, dəstələrin və mütəşəkkil cinayət qruplarının əlinə keçirlər. Mərkəzi Amerika ölkələrindən çoxlu mühacir Qvatemala və Meksika vasitəsilə ABŞ-a çatmağa çalışır.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: İran ABŞ ilə yenidən danışıqlara başlamağa çalışır

Aynur Camal

Məhəmməd Əsədullazadə: Moskva yenidən ABŞ-dan vasitəçilik istəyir

Aynur Camal

Deputat: Azərbaycan–Almaniya Biznes Şurası investisiya və məşğulluq imkanlarını genişləndirəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu