Hava haqqında
Baş xəbər

Mayın 21-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacagı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında  isə bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17°, gündüz 22-27° isti, dağlarda gecə 4-8°, gündüz 8-13°, bəzi yerlərdə 15° isti olacaq.
Aynur Camal

Oxşar xəbərlər

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında hüzn, həm də qürurla yaşayan bir tarixdir

Bugün TV

Ekspert: ABŞ və İran arasında danışıqlarda anlaşma mümkündür

Aynur Camal

Vüqar Bayramov: Yeni Dövlət Proqramı iş adamları üçün yeni imkanlar yaradacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu